Bu ərazidə qaz olmayacaq

bu-erazide-qaz-olmayacaq
Oxunma sayı: 3155

Sabunçu rayonunun bəzi ərazilərinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bu barədə “Qafqazinfo”ya “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Sabunçu rayonu ərazisindəki qaz kəməri üzərində aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar avqustun 1-də saat 10:00-dan etibarən “Yeni Zabrat” ölçü qovşağında qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Sabunçu rayonunun II Zabrat qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.