Bu həftə məktəblərdə payız tətili başlayır

bu-hefte-mekteblerde-payiz-tetili-baslayir
Oxunma sayı: 10628

Noyabrın 16-dan 2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayacaq. 

Bu barədə “Qafqazinfo”ya Elm və Təhsil Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 66 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında qanuna əsasən məktəblərdə payız tətilinin günləri 16-20 noyabr - 5 gün olmaqla əhatə edir.