Bu Monitorinq Mərkəzləri “exit-poll”un nəticələrini açıqladı

bu-monitorinq-merkezleri-exit-pollun-neticelerini-aciqladi
Oxunma sayı: 1964

Sosioloji Tədqiqatlar Mərkəzi Azərbaycanda növbədənkənar prezident seçkilərində keçirdiyi “exit-poll”un nəticələrini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, “exit poll”un nəticələrinə əsasən, seçicilərin 92,4 faizi İlham Əliyevə səs verib.

Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc - 2,2 faiz,

Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev - 0,6 faiz,

Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa - 2 faiz,

Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev - 0,8 faiz,

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev - 1,6 faiz,

Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev - 0,4 faiz səs toplayıb.

“Exit-poll”da iştirak edənlərin 51,2 faizini qadınlar, 48,8 faizini kişilər təşkil edib. Bununla yanaşı, respondentlərin 35,6 %-i 18-35 yaş arası, 38,9 %-i 36-55 yaş arası, 23,5%-i isə 55 yaşdan yuxarı olub.

***

“Rəy” Monitorinq Mərkəzi də Azərbaycanda növbədənkənar prezident seçkilərində keçirdiyi “exit-poll”un ilkin nəticələrini açıqlayıb.

“Exit poll”un nəticələrinə əsasən, seçicilərin 92,6 faizi İlham Əliyevə səs verib.

Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc - 0,37 faiz,

Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev - 1,16 faiz,

Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa - 0,58,

Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev - 0,11 faiz,

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev - 0,46 faiz

Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev - 0,84 faiz qazanıb.

Etibarsız büllentenlərin sayı isə 0,73 faiz təşkil edib. İştirakdan imtina edən seçicilərin sayı isə 3,15 faiz təşkil edib.

Günel İbrahimova