“Netflix”də premyerası noyabrın 19-da baş tutan Cənubi Koreya istehsalı olan “Hellbound” adlı miniserial striminq servisində ən populyar olub.
“Qafqazinfo” “Guardian”a istinadən xəbər verir ki, serial “Netflix” meqahiti – “Squid game”i geridə qoyub. Sonuncu işıq üzü gördükdən bir sutka sonra 80-dən çox ölkədə reytinqlərdə lider olmuşdu.
Rejissor En San Xo tərəfindən çəkilmiş “Hellbound”un süjetinə görə, monstrlar öz ölüm gününü və saatını bilən adamları təqib edir və onları cəhənnəmə göndərirlər.
Son xəbərlər
Son Xəbərlər