“Bu sürücülərə taksi sifarişi xidməti qadağan olunur”

bu-suruculere-taksi-sifarisi-xidmeti-qadagan-olunur
Oxunma sayı: 5557

““Fərqlənmə nişanı” icazə üçün müəyyən olunsa da yalnız fiskal alət kimi çıxış edir. Tənzimlənmənin əhatə darirəsində də boşluqlar var”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri AYNA-nın İdarə heyətinin sədri Anar Rzayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komissiyasının iclasında bildirib.

Həmçinin oxuyun: В Баку судья совершил акт вандализма - Фото+Видео

“Ən çox isə iki sahədə boşluqlar var. Bunlar taksi sifarişi operatorları və avtobus hesab edilməyən, eləcə də taksi olmayan minivenlərdır. Minivenların xəttə daxil olması ilə yollarda hərəkət iflic olub. Avtovağzallarda bilet satışı dayanıb, çünki bu cür maşınlar biletlə işləmir”, - deyə sədr vurğulayıb.

A. Rzayevin sözlərinə görə, yenilənmiş qanunda həmçinin “taksi sifarişi operatoru” anlayışı verilir, göstərdiyi xidmətin mahiyyəti dəqiqləşdirilir:

““Fərdi məlumatlar haqqında” Qanuna riayət edilməsi vəzifəsi müəyyən edilir. Buraxılış kartı olmayan daşıyıcıya və yaxud sürücüyə taksi sifarişi xidmətinin göstərilməsi qadağan olunur. Hər bir taksi sifarişi üzrə adsızlaşdırılmış məlumatların, iş və istirahət rejiminə nəzarət məqsədi ilə sürücü barədə məlumatların Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin informasiya sisteminə real vaxt rejimində ötürülməsi vəzifəsi müəyyən edilir”.

Zaur Mirzə