“Artıq ənənəvi mediadakı təbliğatı oxumuram. Bu, vaxt itkisi və kədər generatorudur”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri amerikalı sahibkar İlon Mask yaradıcısı olduğu X hesabında yazıb.
“Qəzetlərdə X-də oxuduğumuz şeylər haqda xəbər verirlər”, - deyə o əlavə edib.
Onun sözlərinə görə, xəbərləri X-dən almağa üstünlük verir, çünki orada onlar daha tez çıxır.