"Qafqazinfo" xəbər verir ki, bu sözləri Fövqəladə Hallar Nazirliyi Təhsil Nazirliyi ilə birgə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Fövqəladə hallar uşaqların gözü ilə” İV Ümumrespublika Uşaq Yaradıcılıq Müsabiqəsi çərçivəsində açılmış sərgidə Fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.
Nazir deyib ki, illərdir təbii fəlakətlərin əhaliyə, dövlətin mülkünə vurduğu ziyanların şahidi olurlar:
"Buna görə də FHN-in yaradılması yerində və vaxtında atılmış bir addım oldu. Ümumiyyətlə, hər bir müəssisə, rəhbərlik, uşaqlar fövqəladı hallara hazır olmalıdır. FHN texnikası hadisə yerinə gələnə qədər əhali ilkin tədbirlər görməlidir. Bu sərginin böyük mənası, məntiqi var. İstərdim ki, belə tədbirlər məktəblərdə keçirilsin, əhaliyə bu haqda məlumat verilsin. Azərbaycan yeganə ölkədir ki, öz dinamik inkişafından geri qalmır. Ölkə prezidentinin son çıxışlarında da bunu müşahidə etmək mümkün idi. Azərbaycan öz inkişafına görə keçmiş SSRİ ölkələrindən irəlidədir".
Son xəbərlər
Son Xəbərlər