Bu videonu həqiqidən ayıra bilirsiniz?

bu-videonu-heqiqiden-ayira-bilirsiniz
Oxunma sayı: 4424

“OpenAl” texnologiya şirkəti olduqca real və yaradıcı səhnələr hazırlaya bilən süni intellekt modeli “Sora”nı təqdim edib. 

“Qafqazinfo” xəbər verir ki, təqdimatda onun mətni həm realistik videoya, həm də animasiyaya çevirən yeni texnologiya modeli olduğu bildirilib.

Şirkətin açıqlamasına görə, bu model çoxsaylı personajlar, mövzu və fonun dəqiq təfərrüatları ilə mürəkkəb səhnələr yarada bilir.

Peşəkarlar üçün faydalı olan “Sora” ilə keyfiyyətini qoruyaraq, 1 dəqiqəyə qədər videolar hazırlamaq mümkündür. Model ona göstərişləri dəqiq şərh etməyə və maraqlı obrazlar yaratmağa imkan verən dərin dil anlayışına malikdir.

Xəbəri rus dilində oxuyun: Задержаны писавшие на стенах домов названия наркотиков

Mütəxəssislər bu yeniliyi həm də yaradıcılıqla məşğul olan insanların iş yerlərini itirməsinə səbəb kimi görürlər.