Bukleti cırıb Paşinyanın üstünə atdı - Video

bukleti-cirib-pasinyanin-ustune-atdi
Oxunma sayı: 6605

Ermənistan Konstitusiyasına ediləcək dəyişikliklərlə bağlı aprelin 5-də keçiriləcək referendum ərəfəsində ölkənin Baş Naziri Nikol Paşinyan Yerevanda təşviqat kampaniyası aparır.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən bildirir ki, bu dəfə təşviqatın keçirilmə yeri kimi metro seçilmişdi, harada ki, sərnişinlərə referendumda bağlı bukletlər paylanılırdı.

“News.am” yazır ki, Paşinyan bukletləri payladığı vaxt xoşagəlməz səhnə yaşanıb. Belə ki, sərnişinlərdən biri bukleti cırıb və Baş Nazirin üstünə atıb. Öz növbəsində, Paşinyan buna bu sözlərlə reaksiya verib: “Hər şey qaydasındadır. Biz sizin fikrinizə hörmət edirik. Demokratiya məhz bunun üçündür”.