Çin tibbi heyəti koronavirus (COVID-19) pandemiyasının öhdəsindən gəlmək üçün İtaliyaya yola düşüb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislər xəstəliklə bağlı biliklərini italyan həmkarları ilə bölüşəcəklər. Heyət özləri ilə birlikdə Romaya havalandırma sistemləri, maskalar və tibbi ləvazimatlar olan 9 yük paleti aparıblar.
Xatırladaq ki, daha əvvəl Çin koronavirusun yayılmasının pik nöqtəsini artıq keçdiyini açıqlamışdı, İtaliyada isə vəziyyət gərginləşməkdə davam edir. Ölkə üzrə COVID-19-a yoluxanların sayı sürətlə artaraq 15,1 min nəfərə çatıb. Ölümlə nəticələnən hallar isə 1016 nəfər təşkil edir.
Son xəbərlər
Son Xəbərlər