Çində otel uçqununda 13 nəfər öldü

cinde-otel-ucqununda-13-nefer-oldu
Oxunma sayı: 1207

Çinin Şansi əyalətində ikimərtəbəli otelin uçması nəticəsində 13 nəfər dünyasını dəyişib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. Xilasedicilər dağıntılar altından 30 nəfəri xilas edə biliblər. Uçqunun baş vermə səbəbləri araşdırılır.

Axtarış-xilasetmə işlərinə 710-dan çox insan cəlb olunub.