ÇL oyunu 1 dəqiqəlik sükutla başlayacaq

cl-oyunu-1-deqiqelik-sukutla-baslayacaq
Oxunma sayı: 3446

Çempionlar Liqasının 1/8 final mərhələsində “Barselona” və “Benfika” klubları arasındakı cavab oyunundan əvvəl 1 dəqiqəlik sükut elan ediləcək.

“Qafqazinfo” “Mundo Deportivo”ya istinadən xəbər verir ki, UEFA kataloniyalıların vəfat edən həkimi Karles Minaro Qarsiyanın xatirəsini yad etməyə icazə verib.

Qeyd edək ki, cavab oyunu martın 11-də keçiriləcək.

Xatırladaq ki, İspaniya nəhənginin həkimi La Liqanın 27-ci turunda “Barselona” - “Osasuna” matçından əvvəl dünyasını dəyişib.