“Qafqazinfo” “AzərTAc”a istinadən xəbər verir ki, görüşdə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrindən 80-dən çox gənc iş adamı, hökumət rəsmiləri, alimlər, beynəlxalq təşkilatların nümayəndələri və tələbələr iştirak edib.
Tədbirdə çıxış edən “Coca-Cola” şirkətinin Türkiyə, Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə prezidenti, Beynəlxalq Füturoloqlar Dərnəyinin idarə heyətinin üzvü Qalya Frayman Molinas, şirkətin Qafqaz və Mərkəzi Asiya üzrə baş meneceri Luici Panaino region ölkələrinin gəncləri arasında dialoqun qurulması baxımından görüşün əhəmiyyətini qeyd edib. Bildirilib ki, artıq dünyanın 145 şəhərində “Global Shapers Community”nin şəbəkəsi qurulub və Bakı da həmin şəhərlərdən biridir.
Q.Molinas Azərbaycanda gənclərə göstərilən diqqət və qayğını yüksək qiymətləndirib: “Bu gün gənclərə liderlik keyfiyyətlərinin aşılanması olduqca vacibdir. Azərbaycan gənclər ölkəsidir. Bu baxımdan gənclər dünyada baş verən hadisələrə daha geniş geosiyasi anlamda yanaşmalıdırlar. Odur ki, bu cür seminarların, fikir mübadilələrinin keçirilməsinə böyük ehtiyac var”.
Son xəbərlər
Son Xəbərlər