“Çudo Peçka” “Eurovision”çuları şəkərbura, paxlavaya qonaq edir - Fotosessiya

cudo-pecka-eurovisionculari-sekerbura-paxlavaya-qonaq-edir-fotosessiya
Oxunma sayı: 842

“Bakı Kristal Zalı”nın Mətbuat Mərkəzində stendini quran “Çudo Peçka” ölkə təmsilçilərini, əcnəbi və yerli jurnalistləri milli şirniyyata qonaq edir.

“Qafqazinfo”nun məlumatına görə, müsabiqədə iştirak edən ölkələrin təmsilçiləri və əcnəbi jurnalistlər gün boyu Azərbaycan şirniyyatlarından dadmaq şansı əldə edirlər. Hətta əcnəbilər hamını milli şirniyyatlarımızı dadmağa dəvət edirlər.
Ən çox badamburanı xoşlayan Maltanı təmsil edən Kurt “Eurovision” zalındakı insanlara "Çudo Peçka" şirniyyatlarını hədiyyə edib.
Ukrayna təmsilçisi Gaitana da "Çudo Peçka" şirniyyatlarını çox bəyəndiyini etiraf edib.
Rumıniyanı təmsil edən qrup da “Çudo Peçka” şirniyyatlarından dadıb.
Bosnia və Hersoqovinanı təmsil edən Maria isə evində paxlava bişirdiyini deyib.
“Eurovision”da İsveçrəni təmsil edən Simpuls qrupu “Çudo Peçka” şirniyyatlarına “səs verib”.

Nigar