Dağıstanın dövlət katibi saxlanıldı - Yenilənib

dagistanin-dovlet-katibi-saxlanildi
Oxunma sayı: 2111

Dağıstanın dövlət katibi Maqomed-Sultan Maqomedov saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən TASS yayıb.

Bununla belə, onun hansı səbəbdən saxlanılması qeyd olunmayıb.

***

“Kommersant” isə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən dövlət katibinin qanunsuz özəlləşdirmə ilə bağlı başladılan cinayət işinin istintaqı çərçivəsində saxlanıldığını yazıb.

Bildirilib ki, Maqomedovla yanaşı, onun bir çox iş həmkarları və qohumları da saxlanılıb: “Bu gün səhər hüquq-mühafizə orqanlarının əməkdaşları Dağıstanın dövlət katibi ilə əlaqəli 50-dən çox ünvanda axtarış əməliyyatı həyata keçirib”.