Deputata nəvəsinə bu adı qoymağa icazə verməyiblər

deputata-nevesine-bu-adi-qoymaga-icaze-vermeyibler
Oxunma sayı: 8017

Millət vəkili Tahir Kərimli Azərbaycan dilinin qorunması ilə bağlı çıxış edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, T.Kərimli deyib ki, ölkədə Azərbaycan dilinə xüsusi üstünlük verilməlidir: “Hərə xaricdən bir söz gətirib istifadə edir. Mənim adımı ərəbcəyə çevirəndə qəribə bir məna çıxır. 

Biz öz kimliyimizə hörmətlə yanaşmalıyıq. Məsələn, “Toğrul” elə “Doğrul” deməkdir. Amma mən bu yaxınlarda nəvəm olanda ona “Doğrul” adı qoymaq istədim, mənə icazə vermədilər. Dedilər ancaq “Toğrul” ola bilər”.