Məşhur mütəxəssis, "Feyenoord"un çalışdırıcısı Dik Advokat karyerasını bitirib.
"Qafqazinfo" xəbər verir ki, "Utrext"lə matç (2:0) 73 yaşlı mütəxəssis üçün son olub. Advokat final fitindən sonra göz yaşlarını saxlaya bilməyib.
Həmçinin "Feyenoord" bu qələbə sayəsində Konfrans Liqasına vəsiqə qazanıb.
Qeyd edək ki, Advokat karyerası ərzində PSV, "Fənərbaxça" kimi komandalara da baş məşqçilik edib. O, mövsümün sonunda karyerasını bitirəcəyini ötən ilin dekabr ayında açıqlamışdı.
Son xəbərlər
Son Xəbərlər