Dondurma fabrikinin əməkdaşı iş yerində öldü

dondurma-fabrikinin-emekdasi-is-yerinde-oldu
Oxunma sayı: 2903

Bakıda 57 yaşlı qadın işlədiyi fabrikdə ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə iyunun 19-u gecə saat 03 radələrində Binəqədi rayon Sulutəpə qəsəbəsində yerləşən “İceland” şirkətinin istehsal müəssisəsində baş verib.

Sexdə işləyən qəsəbə sakini 1968-ci il təvəllüdlü Ceyran Firudin qızı Mahmudova infarkt keçirərək ölüb.

Faktla bağlı araşdırma aparılır.