Qazax rayonunda kanaldan kişi meyiti tapılıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə iyunun 24-ü saat 17 radələrində rayonunda Xanlıqlar kəndində baş verib. Ağstafa rayon sakini, 1995-ci il təvəllüdlü İlham Nəbiyev özünün idarə etdiyi “Niva” markalı 90 RK 278 nömrəli maşınla dostları – Həmid Xəlilov və Seymural Abbasovla birgə su anbarında çimməyə gedib.
Suyun sürətlə axması nəticəsində boğularaq ölüb və bir qədər sonra kənd sakinləri tərəfindən kanaldan tapılaraq çıxarılıb.
Araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər