13 saylı Xəzər-Pirallahı seçki dairəsindən namizəd Nərmin Yusifova seçkilərdə hansı səbəbdən iştirak etməsi barədə danışıb. “Qafqazinfo” xəbər verir ki, gənc namizəd görüşlərinə hər nəsildən nümayəndənin gəldiyinə sevindiyini və onu dinləməyə hər kəsin ailəsi ilə gəldiyinə diqqəti çəkib: “Mən seçicilərimin görüşünə ailəmlə, övladlarımla gəlirəm və yəqin ki onlar da buna qarşılıq olara öz ailəsi ilə gəlir hər görüşümüzə. Həm yaşlılar, həm gənclər , həm uşaqlar tərəfindən dəstəklənmək məni çox xoşbəxt edir.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi sosial-humanitar layihələr çərçivəsində görülən işlər olduqca əhəmiyyətlidir. Lakin ərazimizdə mövcud problemlərin, xüsusilə də qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı məsələlərin bu layihələrdən kənarda qalması bilavasitə illərlə onların parlamentdə səsləndirilməməsi ilə bağlıdır. Son görüşlərdən gəldiyim nəticə budur. Deputat olmaq üçün humanist olmaq lazımdır”.



Son xəbərlər
Son Xəbərlər