Elçin Şıxlı Mətbuat Şurasından getdi

elcin-sixli-metbuat-surasindan-getdi
Oxunma sayı: 3516


“Qafqazinfo” azadliq.info –ya  istinadən xəbər verir ki, “Mətbuat Şurasından çıxmaq haqqında ərizə bir həftə əvvəl verilib”, deyə qəzetin baş redaktoru Elçin Şıxlı "Turan"a bildirib.

 “Bu qərarı MŞ-nin “Zerkalo” qəzetinin düşdüyü ağır vəziyyətə biganə qaldığını gördükdən sonra qəbul etdim. MŞ sədri Əflatun Amaşov bir dəfə belə zəng edib vəziyyətimizlə maraqlanmadı”, deyə Şıxlı bildirib.

 2014-cü ildə ölkənin ilk müstəqil rusdilli qəzetinə – 1990-cı ildə təsis edilmiş “Zerkalo”ya reklam verilməsi dayandırılıb ki, bu da məhvə bərabərdir. Gündəlik formatdan həftəlik formata keçdikdən sonra qəzet Azərbaycan Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun dəstəyini almır.

Həmçinin qeyd etmək lazımdır ki, qəzetin aparıcı icmalçısı Rauf Mirqədirov aprel ayında uydurma vətənə xəyanət ittihamı ilə həbs edilib.

“Zerkalo” qəzeti 2003-cü ilin martında təsis edilmiş Mətbuat Şurasının təsisçilərinin ilk sıralarında idi. Şıxlı 2012-ci iə qədər MŞ-nin İdarə Heyətinin daimi üzvü idi. Qəzet həmişə müstəqil mövqe tutumağa çalışıb. Monitorinqlərə əsasən, o, Avropa standartlarına uyğun olaraq işlənib hazırlanmış Azərbaycan Jurnalistlərinin Peşə-Etika Məcəlləsinin standartlarına riayət edən azsaylı KİV-lərdən biri idi.