“Elektrik stansiyasını kim alacaq?”

elektrik-stansiyasini-kim-alacaq
Oxunma sayı: 2755

“Vaşinqton Kiyevlə münaqişənin həlli nəticəsində hansı əraziləri saxlayacağını, hansı əraziləri itirəcəyini, bununla bağlı yekun razılaşmanın digər elementlərini müzakirə edir”​.

“Qafqazinfo” “Sky News”a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evin Oval kabinetində NATO-nun Baş katibi Mark Rutte ilə görüşündə deyib.

“Bu, elektrik stansiyasına da aiddir. Çox böyük elektrik stansiyası. Elektrik stansiyasını kim alacaq? Bu, asan proses deyil”, - Amerika lideri təfərrüatlara varmadan bildirib.

ABŞ Prezidenti həmçinin qeyd edib ki, Ukrayna tərəfi NATO və alyansa qoşulma mövzusuna toxunub.