Əli Əsədov Baş Nazir oldu - Yenilənib + Video

eli-esedov-bas-nazir-oldu
Oxunma sayı: 24478

Milli Məclisin növbəti plenar iclası başlayıb.

"Qafqazinfo" xəbər verir ki, iclasda Azərbaycan Prezidentinin təqdimatına əsasən Əli Hidayət oğlu Əsədovun Baş Nazir vəzifəsinə təyin edilməsinə razılıq verilməsi barədə məsələ müzakirə edilir.

***

Spiker Oqtay Əsədov bildirib ki, Novruz Məmmədov Azərbaycanın Baş Naziri vəzifəsindən azad edilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.

***

İclasda Əli Əsədovun Baş Nazir vəzifəsinə təyin edilməsinə razılıq verilib.