Elman Rüstəmovun əleyhinə təkcə o səs verdi

elman-rustemovun-eleyhine-tekce-o-ses-verdi
Oxunma sayı: 7731

Bu gün parlamentin iclasında Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü seçilməsinin əleyhinə olan yeganə deputatın kimliyi bilinib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, deputat Qüdrət Həsənquliyev çıxışına başlamadan öncə ilk olaraq komitə sədrlərinə söz verilməsinə etiraz edib. 

Q.Həsənquliyev bildirib ki, o, Elman Rüstəmovun üzv təyin edilməsinin əleyhinə səs verib: “Elman Rüstəmov elə bilir ki, əsas vəzifəsi manatın kursunu saxlamaqdır. Halbuki başqa problemlər var. Ölkədə böyük özəlləşdirmə işləri aparılmalıdır”.

Murad Əhməd