AFFA-nın sabiq icraçı virse-prezidenti Elxan Məmmədov FİFA-da yeni vəzifəyə təyin olunub.
“Qafqazinfo” qurumun saytına istinadən xəbər verir ki, o, FIFA-da Üzv Assosiasiyaların direktoru vəzifəsinə təyin edilib. O, yeni vəzifəsinin icrasına bu il noyabrın 1-dən başlayacaq.
Hazırda E.Məmmədov FIFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru vəzifəsində çalışır.