Məşhur aktyor-müğənni Əmrah rol aldığı “Aşk ve mavi” serialından gedib. “Qafqazinfo” xəbər verir ki, buna səbəb aktyorla prodüser arasında yaşanan maliyyə qalmaqalı olub.
Əmrah layihənin rəhbərindən aldığı qonorarın miqdarının artırılmasını istəyib. Lakin sənətçinin bu istəyi həyata keçirilməyib.
“NTC Medya” şirkətinin rəhbəri Mehmet Yiğit Alp bundan sonra ssenaridə dəyişiklik edib, Əmrahın canlandırdığı “Ali Görekçi” ölərək layihədən uzaqlaşacaq.
Əmrahdan sonra ekran işinə müğənni-aktyor Keremcem daxil olacaq. O, fərqli obrazla tamaşaçı qarşısına çıxacaq.
Son xəbərlər
Son Xəbərlər