Ərdoğan 13 illik fasilədən sonra İraqa gedir

erdogan-13-illik-fasileden-sonra-iraqa-gedir
Oxunma sayı: 1702

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 12 illik fasilədən sonra aprelin 22-də İraqa rəsmi səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, Türkiyə Prezidentinin Bağdad və Ərbildə İraq Prezidenti Əbdüllətif Camal Rəşid və bu ölkənin Baş naziri Məhəmməd Şiə əl-Sudani ilə keçirəcəyi görüşlərdə Yaxın Şərqdəki son hadisələr, təhlükəsizlik, ticarət əlaqələri kimi məsələlərinin müzakirəsi gözlənilir. 

Müzakirə olunacaq əsas mövzular arasında terrorla mübarizə, İraqın su probleminin həlli, eləcə də Türkiyəyə təbii qaz və neft ixracı yer alır.

Eyni zamanda, Türkiyə İraqla terrora qarşı birgə əməliyyat mərkəzi yaratmağı planlaşdırır. Səfər zamanı bu mərkəzlə bağlı məsələlərin də müzakirəsi gözlənilir.

Səfər çərçivəsində İraqda biznes forumun keçirilməsi də nəzərdə tutulur. Tədbirdə Türkiyə ilə İraq arasında ticarətin həcminin artırılması istiqamətində atılacaq addımlar müzakirə olunacaq.