“Ərdoğan 3 əsas amillə çevrilişə cəhdin qarşısını ala bildi” - Brayza

erdogan-3-esas-amille-cevrilise-cehdin-qarsisini-ala-bildi
Oxunma sayı: 10713

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gecə ikən üç əsas amil sayəsində çevrilişə cəhdin qarşısını ala bidi”.

Qafqazinfo” xəbər verir ki, bunu TrendABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri Metyu Brayza bildirib.

Onun sözlərinə görə, birincisi və ən əsası odur ki, Prezident R.T.Ərdoğanın demokratiyanı qorumaq çağırışı ilə xeyli sayda vətəndaş küçələrə çıxdı: "İkincisi, İstanbulda yerləşən Türkiyə Birinci ordusunun komandanı Ümit Dündar çevrilişə etiraz etdi. Üçüncüsü isə Türkiyənin əsas müxalif siyasi partiyaları çevrilişə cəhdə etiraz etdilər".

M.Brayza qeyd edib ki, Türkiyənin sabitliyi Qərb üçün, xüsusi ilə ABŞ üçün əhəmiyyətlidir: "Türkiyə Yaxın Şərqdəki iki demokratiyadan biridir. Türkiyənin demokratik dövlət kimi mövcudluğu İŞİD-in orta əsrlər fanatizminə qarşı əks arqumentdir".

Qeyd edək ki, ötən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub.