Ərdoğan “Telegram” və “BİP”də kanal açdı

erdogan-telegram-ve-bipde-kanal-acdi
Oxunma sayı: 1611

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mesajlaşma xidmətləri olan "Telegram" və "BİP" tətbiqlərində kanallar açıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat xidmətindən verilən məlumatda bildirilib.

Qeyd edək ki, bir neçə gün öncə Ərdoğan “məxfilik şərtləri”nin yenilənməsinə görə  “WhatsApp” tətbiqindən imtina etmişdi.