Ərdoğan yenidən Putin və Zelenski ilə danışacaq

erdogan-yeniden-putin-ve-zelenski-ile-danisacaq
Oxunma sayı: 1489

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı və ukraynalı həmkarları Vladimir Putin və Volodimir Zelenski ilə telefonla danışmağı planlaşdırır”.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Ukraynada dayanıqlı atəşkəsə nail olmaqla bağlı səylərimizi davam etdiririk. Cənab Ərdoğan liderlərlə telefon danışıqları planlaşdırır, mən də, həmçinin həmkarlarım ilə fəal olaraq danışıqlar aparıram”, - deyə Çavuşoğlu söyləyib.