Ərdoğana dəstəklə bağlı həştəq tvitterdə trend oldu

erdogana-destekle-bagli-hesteq-tvitterde-trend-oldu
Oxunma sayı: 3127

Sosial mediada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tvitterdə yazdığı sözlərə dəstək məqsədilə atılan “Ərdoğanın yanındayıq” həştəqli tvitlər böyük marağa səbəb olub.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, sözügedən tvitlərin sayı 2,5 milyona çatıb və tvitterdə dünya gündəminin ilk sırasına yüksəlib.

Tvitterdə dövlət başçısına Prezident Administrasiyası üzvləri, millət vəkilləri və qeyri-hökumət təşkilatlarının rəhbərlərinin də aralarında olduğu bir çox insan dəstək verib.

Qeyd edək ki, Türkiyə liderinin tvitterdəki paylaşımı ölkə gələcəyinin birlikdə inşa edilməsi ilə bağlı olub.