“Ermənistan ordusunun alay komandiri ağır yaralanıb”

ermenistan-ordusunun-alay-komandiri-agir-yaralanib
Oxunma sayı: 9503

“Ermənistan ordusunun alay komandiri ağır yaralanıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.

O qeyd edib ki, Azərbaycan Ordusunun keçirdiyi döyüş əməliyyatı nəticəsində Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının 9-cu alayının komandiri polkovnik Artyom Poqosyan ağır yaralanıb.