Ermənistanla sərhəd olan kənddən - Orijinal toy dəvətnaməsi

ermenistanla-serhed-olan-kendden-
Oxunma sayı: 14516

Qazax rayonunun Məzəm kəndindən maraqlı dəvətnamə fotosu sosial şəbəkələrdə paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçisi Nicat Əmiraslanov məlumat yayıb.

O, Məzəm kəndində əhalini toya bir dəvətnamə ilə çağırıldığını qeyd edib.

"Düşmənlə 100-150 metr yaxınlıqda yaşayan Məzəm kəndində toy olacaq. Kənd mərkəzində görünən bir yerə dəvətnamə vurulur, hamı da oxuyub toya gedir. 1 dəvətnamə ilə bütün kəndi toya çağırırlar".