Mətbuata toydan çəkilmiş şəkillər yayılsa da deputatın kiminlə quda olması haqda məlumat verilməmişdi. Yayılmış şəkillər sosial şəbəkələrdə müzakirə olunmuş deputatın kiminlə quda olması haqda müxtəlif şəxslərin adları çəkilmişdi. Adı çəkilən şəxslər arasında Azərbaycanın Türkmənistandakı səfiri Vəhdət Sultanzadə də var.
“Qafqazinfo” xəbər verir ki, Xeberdar.az saytı, məsələ ilə bağlı Millət vəkili Etibar Hüseynovla əlaqə saxlayıb. Deputat saytımıza açıqlamasında, Türkmənistandakı səfirimizi tanımadığını bildirib. “Mən bu məsələlərlə bağlı mətbuata açıqlama vermirəm. Kim nə istəyir, onu da yazır. Mənim qudam rəhmətə gedib, yoxdu. Onlar sadə azərbaycanlı ailəsidir”.
Son xəbərlər
Son Xəbərlər