Ötən gün Türkiyə Superliqasında keçirilən “Fənərbaxça” – “İstanbulspor” (6:0) matçında maraqlı anlar yaşanıb.
“Qafqazinfo” xəbər verir ki, son tura qədər çempionluq şansını saxlayan meydan sahiblərinin azarkeşləri komandalarının oyununda əzəli rəqibləri “Qalatasaray”ın “Konyaspor”a 3:1 hesabı ilə qalib gəldiyi qarşılaşmanı izləyiblər.
“Cim-Bom”un uduzmasını gözləyən tərəfdarların bu görüntüləri marağa səbəb olub.