ABŞ-nin Florida ştatında “Milton” qasırğası səbəbindən həlak olanların sayı 15 nəfərə çatıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “ABC News” telekanalı yayıb.
Florida qubernatoru Ron Desantis minə yaxın insanın xilas edildiyini açıqlayıb.
“PowerOutage.us” portalının məlumatına görə, hazırda Floridada 2,6 milyondan çox insan işıqsız qalıb.
Xatırladaq ki, ABŞ-nin cənub-şərqini vuran güclü “Milton” qasırğası bir sıra fəsadlar törədib. Milyonlarla amerikalı fəlakətdən xilas olmaq üçün evlərini tərk edib. Qasırğadan ən çox əziyyət çəkən isə Florida ştatıdır. Daha əvvəl yayılan məlumatda 9 nəfərin öldüyü bildirilirdi.