Bu gün Rusiyada keçirilən XXI dünya çempionatına yekun vurulacaq.
“Qafqazinfo” xəbər verir ki, həlledici qarşılaşmada Fransa və Xorvatiya milliləri üz-üzə gələcək.
19:00. Fransa - Xorvatiya
Hakimlər: Nestor Pitanya, Ernan Maydana, Xuan Pablo Belatti (hamısı Argentina), Byörn Kuypers, Ervin Zeinstra (hər ikisi Hollandiya)
Moskva, “Lujniki” stadionu.
***
Matç başladı
***
Mandzukiç 19-cu dəqiqədə avtoqol müəllifi olur. Fransa - Xorvatiya 1:0
***
İvan Perişiç 29-cu dəqiqədə Xorvatiyanın bərabərlik qolunu vurur
***
Antuan Qrizman 38-ci dəqiqədə penaltidən hesabı 2:1 edir. Fransa - Xorvatiya 2:1
***
İlk hissə başa çatdı
***
İkinci hissə başladı
***
Fransa hesabı 3:1 edir. Pol Poqba 59-cu dəqiqədə fərqlənir
***
Mbappe hesabı 4:1 edir. O, 65-ci dəqiqədə Fransanın qolunu vurur.
***
Mandzukiç 69-cu dəqiqədə hesab arasında fərqi azaldır. Fransa - Xorvatiya 4:2
***
Matç başa çatdır və Fransa dünya çempionu oldu

























Son xəbərlər
Son Xəbərlər