Fransa və Almaniya Ukraynada silah zavodu tikə bilər

fransa-ve-almaniya-ukraynada-silah-zavodu-tike-biler
Oxunma sayı: 1962

Fransa və Almaniya Ukraynada silah istehsalı üzrə zavod inşa etmək niyyətindədirlər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Bloomberg” agentliyi yayıb. 

Bununla belə qeyd olunur ki, nə Almaniya Kansleri Olaf Şolts, nə də Fransa Prezidenti Emmanuel Makron sözügedən zavod barədə detalları açıqlayıb. 

“Lakin Almaniyanın silah istehsal edən “Rheinmetall AG” şirkəti fevral ayında bildirib ki, Ukraynada artilleriya sursatlarının istehsalı üzrə yeni zavod açacaq”, - deyə agentliyin məlumatında bildirilib.