Fransanın daxili işlər naziri Jerar Darmanin fevralın 14-də Fransa həbsxanalarından birində məhbuslara masaj və krem hədiyyə edilməsindən qəzəblənib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Le Figaro” yazır.
Bildirilir ki, ötən həftə Tuluza bölgəsindəki həbsxanada 20 məhbusa ödənişsiz üz masajı ediblər.
“Həbsxanada “Sevgililər Günü” başa çatdı. Fevralın 17-də Cerald Darmanin “Condé-sur-Sarthe” həbsxanasına baş çəkib, 14 fevralda məhbuslara masaj seansları və dəriyə qulluq kremi hədiyyələri onu qəzəbləndirib”, - məqalədə deyilir.
Həmçinin Darmanin həbsxanada təhsil, fransız dili və idmanla bağlı olmayan bütün istirahət tədbirlərinin dayandırılması əmrini verdiyi açıqlanıb.
Nəşr onu da bildirir ki, Fransada belə hallar ilk dəfə deyil. Belə ki, 2022-ci ildə həbsxanalardan birində kart oyunları təşkil edilib.