Gədəbəy sakini qayalıqdan yıxılıb öldü

gedebey-sakini-qayaliqdan-yixilib-oldu
Oxunma sayı: 1485

Gədəbəy sakini bədbəxt hadisə nəticəsində vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, 1970-ci il təvəllüdlü Yaqub Yolçuyev qayalıq ərazidən yıxılaraq ölüb. 

O, yaxınlıqdakı insanların yardımı ilə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma başlanılıb.

Yunis Quliyev