General Bakıdakı at yarışında - Fotolar+Video

general-bakidaki-at-yarisinda
Oxunma sayı: 7756

Bakıda Çövkən Milli Atüstü Oyunu üzrə “100 İllik Yubiley Kuboku” turniri keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, turnirdə ümumilikdə 8 komanda iştirak edib. 

3-cü yer uğrunda matçda “Polad” və “Buta Qolden” komandaları üz-üzə gəlib. Qarşılaşma “Polad” komandasının 2:1 üstünlüyü ilə yekunlaşıb. 

Final görüşündə isə “Sərhədçi” “Omar”la qarşılaşıb. Açıq-aşkar üstün olan “Sərhədçi” komandası qarşılaşmanı 4:0 hesablı qələbə ilə başa vurub. 

Həlledici oyundan sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblərə mükafatları Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev təqdim edib.

Elsevər

Fotolar+Video: Pərvin Zeynal