Goranboyda yanğına səbəb olan şəxs saxlanıldı

goranboyda-yangina-sebeb-olan-sexs-saxlanildi
Oxunma sayı: 1346

Goranboy rayon Goranlı kəndi 10 sot biçilmiş əkin sahəsində yanğın hadisəsi törədən şəxs müəyyən olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, hadisə iyulun 8-də qeydə alınıb. 

Araşdırmalarla yanğının kənd sakini, 48 yaşlı Kənan Əlirzayevin ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub.

K. Əlirzayev polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.