Göyçayda 4 ballıq zəlzələ oldu - Yenilənib

goycayda-4-balliq-zelzele-oldu
Oxunma sayı: 3192

Göyçayda zəlzələ olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələ İsmayıllı stansiyasından 35 km cənub-qərbdə Göyçay rayonunda qeydə alınıb.

Saat 11:03-də baş verən yeraltı təkanın maqnitudası 4, dərinliyi 16 km olub.

***

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, İsmayıllı stansiyasından 35 km cənub-qərbdə Göyçay rayonunda zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə, Göyçay rayonunda 4 bala yaxın, Qəbələ, Ağdaş və ətraf məntəqələrdə 3 bala qədər hiss olunub.

***

Fövqəladə Hallar Nazirliyi (FHN) zəlzələ ilə bağlı məlumat yayıb.

Bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, bu gün yerli vaxtla saat 11:03-də İsmayıllı stansiyasından 35 km cənub-qərbdə Göyçay rayonu ərazisində 4 maqnituda zəlzələ qeydə alınıb.

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.