Göygöldə dəhşətli qəzada 6 nəfər öldü - 5-i bir ailənin üzvüdür

goygolde-dehsetli-qezada-6-nefer-oldu
Oxunma sayı: 8286

Göygöldə ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan “VAZ-2107” markalı minik avtomobilinin yük daşıyan TIR-la toqquşması nəticəsində 5 nəfər ölüb, 1 nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Ölənlərin bir ailənin üzvləri olduğu bildirilir. Xəsarət alanın vəziyyəti ağırdır.  

Faktla bağlı araşdırma aparılır.

***

Qəza zamanı ölənlərin sayı 6-ya çatıb. Xəsarət alan şəxs xəstəxanada dünyasını dəyişib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, ölənlərdən biri azyaşlıdır. 

Elmar Əli