Tiflisdə məşhur beynəlxalq gözəllik yarışması olan “Miss Planet-2015”in final mərhələsi keçirilib.
“Qafqazinfo” Cosmopolitan-a istinadən xəbər verir ki, münsiflər heyətinin qərarı ilə 18 yaşlı gürcü qız Tinatin Babluani planetin ən gözəl qızı seçilib.
Bu titul uğrunda 35 ölkədən-Rusiya, İsveç, Ukrayna, Portuqaliyadan və başqa yerlərdən olan gözəllər mübarizə aparıblar.
“Mən uzun müddətdir ki, bunu üçün çalışıram. Çox məşq etmişəm. Rəqabət olduqca ciddi idi. Hədsiz xoşbəxtəm, öz ölkəmin adını ucaltdım”- deyə, planet gözəli açıqlama verib.
Xatırladaq ki, bundan əvvəl Babluani “Gürcüstanın miss-yeniyetməsi” və “Avropanın vitse-miss”i seçilmişdi.







Son xəbərlər
Son Xəbərlər