Hacı Əliyev finalda - Video

haci-eliyev-finalda
Oxunma sayı: 16914

Azərbaycan güləşçisi Hacı Əliyev Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, 65 kq çəkidə mübarizə aparan idmançımız 1/8 finalda seneqallı Adama Diatta ilə qarşılaşıb.

O, bu görüşdə 4:0 hesablı qələbə qazanıb.

Hacı Əliyev (-65 kq) 1/4 finalda 3 qat Asiya çempionu Daulet Niyazbekov  ilə qarşılaşacaq.

***

Hacı Əliyev Daulet Niyazbəkov üzərində 9:1 hesablı qələbə qazanaraq yarımfinala çıxıb. O, yarımfinalda hindistanlı Bacranq Bacranqla güləşəcək.

***

Hacı Əliyev Bacranq Bacranqa 11:5 hesabı ilə qalib gələrək finala çıxıb. Bu Azərbaycan Olimpiya yığmasının Tokio-2020-də ilk finalıdır. 

***

Hacı Əliyev 14:30-da final görüşünə çıxacaq.