Danimarkada yerli iki komanda arasında oyun zamanı matçın hakimi səhvən fit çalıb və hücumu dayandırıb.
“Qafqazinfo” xarici KİV-nə istinadən xəbər verir ki, "Vendsissel FF" - "Frederisia" oyununun hakimi Nils Heer səhvən fit çaldığına görə çox peşman olub və meydanda diz çökərək oyunçulardan üzr istəyib. Belə ki, hakim oyunu dayandırmaqla potensial qolun qarşısını da alıb.
Oyunçular isə öz növbəsində hakimin bu səhvini anlayışla qarşılayıb.
Son xəbərlər
Son Xəbərlər