HƏMAS lideri Qətərdə dəfn olunacaq - Yenilənib

hemas-lideri-qeterde-defn-olunacaq
Oxunma sayı: 4091

HƏMAS Siyasi Bürosunun qətlə yetirilən rəhbəri İsmayıl Haniyə Tehranda dəfn olunacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Dəfn mərasimi avqustun 1-i baş tutacaq.

***

HƏMAS hərəkatının teleqram kanalında bildirilib ki, avqustun 1-i İran paytaxtında İsmayıl Haniyə ilə vida mərasimi keçiriləcək. Həmin gün onun cənazəsi Tehrandan Qətərin paytaxtına aparılacaq. Dəfn mərasimi isə avqustun 2-si Dohada baş tutacaq.