Helikopterlər MİT-in binasını belə bombalayıb - Video

helikopterler-mit-in-binasini-bele-bombalayib
Oxunma sayı: 6909

Türkiyədə hərbi çevriliş cəhdindən sonra bir sıra maraqlı görüntülər ortaya çıxıb.

Qafqazinfo” xəbər verir ki, qiyamçılar çevrilişin ilk saatlarında Milli Kəşfiyyat Təşkilatının (MİT) binasına hücum edilib. Həmin kadrlar təhlükəsizlik kameralarına düşüb. Kadrlarda MKT-nin binasının və həyətdən çıxan bir minik vasitəsinin vertolyotdan atəşə tutulduğu görünür.

Toqquşmalar zamanı ərazidən keçən sürücülər də vahiməyə düşüb. Belə ki, bəzi sürücülər avtomobilinin istiqamətiin dəyişsə də, bəziləri necə davranacaqlarını bilməyiblər. Türkiyə mediası sözügedən görüntüləri yayıb.

Aysel Kərimova