Həmin qəzada ölən qız tələbə imiş... - Foto

hemin-qezada-olen-qiz-telebe-imis
Oxunma sayı: 10139

İki gün əvvəl Şamaxıdakı yol qəzasında ölən qız tələbə olub.

“Qafqazinfo” xəbər verir ki, 23 yaşlı Leyla Qasımova Qərbi Kaspi Universitetində təhsil alırmış.

Universitetin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, Leyla İnformasiya texnologiyaları ixtisasının III kursunda təhsil alırdı.

Qeyd edək ki, “Hyundai” markalı avtomobilin aşması nəticəsində üçü azyaşlı olmaqda 5 nəfər də xəsarət alıb.